Yandex watch
"Qramı bir fili öldürür" - Bu qidalardan uzaq durun! - Açıqlama

Qramı bir fili öldürür" - Bu qidalardan uzaq durun!

Emlakbazari.az

Yuyulan və yuyulmayan petsitlər mövcuddur. Bunlar əkinçilikdə gəmiricilərə, yabanı otlara, yarpaqların tökülməsinə qarşı istifadə olunur. Eyni samanda petsitlər məhsulun inkişaf etməsi, böyüməsində də rol oynayır. Ancaq bu zaman kimyəvi qida zəhərlənməli qaçılmazdır. Xeyli insan allergiya və qida zəhərlənməsindən əziyyət çəkir”.

Bu sözləri qida texnoloqu Ağa Salamov Bakupost.az -a qida-qatqı maddələrinin tərkibi və zərərləri barədə danışarkən qeyd edib.

Onun sözlərinə görə, ən yaxşı qida-qatqı maddələri baha olduğu üçün onlardan çörək zavodlarında istifadə olunmur:

“Çörəyə qatılan ən yaxşı qida-qatqı maddəsi askorbin turşusudur. Heç bir ziyanı yoxdur. Amma çörək zavodları ondan istifadə etmir. Bu maddə baha olduğu üçün çörəyin maya dəyərini qaldırır. Bu da çörək zavodlarına sərf etmir. Bu zavodlar mayadan istifadə edir. Mayadan minimum az istifadə edən yaxşı çörək zavodları istehsalı ikifazalı texnologiya ilə həyata keçirirlər. Çörəyi acıtma texnologiyası ilə bişirirlər”.

Ağa Salamov insanları tərkibində bir sıra kimyəvi maddələr olduğu üçün kolbasa və işlənmiş ətlərdən uzaq durmağa çağırıb:

“Kolbasalarda da nitrat duzları var. Nitratın bir qramı bir fili öldürür. Lakin bu qorxulu bir şey deyil. Yəni neçə ton kolbasaya nə qədər nitrat vurulacağı əsasdır. Bununla belə, bu maddənin bəzi ölkələrə girişi qadağan edilib. Lakin kolbasa ədviyyatlarının içərisində gömrükdən keçirirlər. Həmçinin, kolbasalara rəng və dadı qorumaq üçün kimyəvi maddələr də vurulur. Ona görə də kolbasa və işlənmiş ətlərdən uzaq durmaq lazımdır. Yanlız 1-2 dilim yemək olar, lakin kolbasa ilə özünü doydurmaq fəsadlara səbəb olur”.

A.Salamov, sulara qatılan fosfor turşusunun zərərlərini də qeyd edib:

“Sulara da təkibindəki şəkəri balanslaşdırmaq üçün fosfor turşusu qatılır. Daha çox rəngli və qazlı içkilərə aiddir. Bu da yaşlılarda sümük ərməsinə səbəb olur, uşaqlarda isə sümüyün inkişafına əngəl olur. Eyni zamanda, mədəaltı vəzi, qaraciyər piylənməsi, şəkərli diabet kimi xəstəliklər ortaya çıxarır”.