
Azərbaycanda heyvanlar üçün bioloji preparat istehsalı ilə məşğul olan obyektlərin qeydiyyatı xərcləri artıq dövlət baytarlıq nəzarətinə tabe olan obyektlərin mülkiyyətçilərinin vəsaiti hesabına maliyyələşdirilməyəcək.

E-saglam.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Baytarlıq haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.