Tibbi xəbərlər
Yuxudan sonra boyun ağrısından
Tibbi xəbərlər
12

Yuxudan sonra boyun ağrısından necə qurtulmaq olar?

Səhər yuxudan oyandıqda boyunda ağrı və hərəkət məhdudluğu hiss etmək bir çox insanda rast gəlinən problemdir. Bunun əsas səbəblərindən biri yuxu zamanı boyun əzələlərinin və bağlarının həddindən artıq gərginləşməsidir.

E-saglam.az xəbər verir ki, nevroloq Yelena Jurakovskayanın sözlərinə görə, başın yuxu zamanı düzgün vəziyyətdə olmaması, uyğun olmayan yastıq seçimi və soyuq hava axınına məruz qalmaq boyun ağrısına səbəb ola bilər. Mütəxəssis bu barədə Championat nəşrinə danışıb.

Həkim kəskin ağrı zamanı boyuna əlavə yük verməməyi, sərt masajdan və boynu zorla hərəkət etdirməkdən çəkinməyi tövsiyə edir. Ağrını azaltmaq üçün yerli iltihabəleyhinə gel və kremlərdən istifadə oluna bilər. Ağrıkəsici və əzələ boşaldıcı dərmanlar isə yalnız həkim və ya əczaçı məsləhəti ilə qəbul edilməlidir.

Nevroloq gələcəkdə bu problemin təkrarlanmaması üçün yuxu zamanı boynu düzgün vəziyyətdə saxlayan, uyğun hündürlükdə yastıq seçməyi məsləhət görür. Həmçinin boyun əzələlərini gücləndirən və dartınmanı təmin edən hərəkətlərin müntəzəm yerinə yetirilməsi faydalı ola bilər.

Mütəxəssis qeyd edir ki, boyun ağrısı tez-tez təkrarlanırsa və ya uzun müddət davam edirsə, nevroloqa müraciət etmək lazımdır. Qollarda zəiflik, keyimə, güclü baş ağrısı və ya qızdırma ilə müşayiət olunan boyun ağrısı isə təcili tibbi qiymətləndirmə tələb edir.

Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun