Tədbirlər
Le Jardin restoranında sağlamlıq və turizm sektorunun nümayəndələri arasında
Tədbirlər
18

Le Jardin restoranında sağlamlıq və turizm sektorunun nümayəndələri arasında networking görüşü keçirilib

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası (AHTİSA) və SKAL Turizm Peşəkar Təşkilatının birgə təşkilatçılığı ilə Le Jardin restoranında sağlamlıq və turizm sektorunun nümayəndələrini bir araya gətirən networking görüşü keçirilib.

E-saglam.az xəbər verir ki, görüşdə turizm şirkətlərinin, sağlamlıq turizmi sahəsində fəaliyyət göstərən qurumların, klinikaların və tibb sektorunun nümayəndələri iştirak ediblər.

Tədbirin xüsusi qonaqları İzmir Turizm və Sərgi Mərkəzinin direktoru Yeşim xanım və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Əmrah bəy olublar. Qonaqlar iştirakçılara mərkəzin fəaliyyəti, keçirilən sərgilər və beynəlxalq əməkdaşlıq imkanları haqqında məlumat veriblər.

Görüşün əsas məqsədi sağlamlıq və turizm sektorunda fəaliyyət göstərən şəxslər arasında əlaqələrin qurulması, təcrübə və məlumat mübadiləsinin aparılması, yeni əməkdaşlıq imkanlarının müzakirəsi olub.

Təşkilatçılar bildiriblər ki, bu cür görüşlər yalnız tanışlıq və ünsiyyət üçün deyil, həm də üzvlərin öz biznes təcrübələrini, yeniliklərini və uğurlu əməkdaşlıq nümunələrini bölüşməsi baxımından əhəmiyyətlidir. Eyni zamanda, assosiasiya üzvləri üçün müxtəlif klinikalara ziyarətlər təşkil olunur, həkimlərlə görüşlər keçirilir və sağlamlıq turizminin inkişafına dair məsələlər müzakirə edilir.

Qeyd olunub ki, əsas məqsəd AHTİSA-nı üzvləri üçün faydalı əməkdaşlıq platformasına çevirmək, onların yeni tərəfdaşlar qazanmasına, birgə layihələr həyata keçirməsinə və biznes imkanlarını genişləndirməsinə dəstək olmaqdır.

Görüş zamanı növbəti networking tədbirlərinin təşkili də müzakirə olunub.

Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun