Qidalanma
Ən zərərli 3 qida kateqoriyası
Qidalanma
12

Ən zərərli 3 qida kateqoriyası açıqlanıb

Qastroenteroloq Yevgeni Belousov sağlamlığa mənfi təsir göstərə bilən üç qida kateqoriyasını açıqlayıb.

E-saglam.az xəbər verir ki, həkim bu məhsulların müntəzəm istehlakının müxtəlif sağlamlıq problemlərinə yol aça biləcəyini bildirib.

Mütəxəssis ilk növbədə şəkərli qazlı içkilərdən uzaq durmağı tövsiyə edib. Onun sözlərinə görə, bu içkilər toxluq hissi yaratmadan orqanizmə yüksək miqdarda şəkər daxil olmasına səbəb olur. Müntəzəm istehlak isə gündəlik kalori qəbulunu artıraraq artıq çəkiyə gətirib çıxara bilər.

İkinci yerdə kolbasa, sosiska, hot-doq və bekon kimi emal olunmuş ət məhsulları qərarlaşıb. Həkim qeyd edib ki, bu məhsulların tərkibində yüksək miqdarda duz və doymuş yağ ola bilər. Onların müntəzəm istehlakı bir sıra xəstəliklərin yaranma riskini artıra bilər.

Üçüncü kateqoriyaya isə çipslər, müxtəlif qəlyanaltılar və digər ultraemal olunmuş qidalar daxildir. Belousovun sözlərinə görə, bu məhsullar adətən yüksək kalorili olmaqla yanaşı, çoxlu duz və yağ ehtiva edir. Güclü dadı və kiçik porsiyaları isə insanın fərqinə varmadan ehtiyacından artıq yeməsinə səbəb ola bilər.

Həkim vurğulayıb ki, bu cür qidaların tez-tez istehlakı tərəvəz, tam taxıl, paxlalılar və digər liflə zəngin məhsulların qidalanmada yerini azaltmasına səbəb olur. Buna görə də sağlam qidalanmaq üçün belə məhsulların qəbulunu məhdudlaşdırmaq tövsiyə olunur.

Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun