Yandex watch
Bill Qeytsin qızı atasının Asperger sindromu olduğunu

Microsoft-un həmtəsisçisi Bill Qeytsin qızı Fibi atasının mümkün Asperger sindromu haqqında danışıb.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, bu barədə The New York Post yazır.

Milyarderin qızı deyib: "Atam sosial cəhətdən olduqca yöndəmsizdir, Asperger sindromu var. Dostlarımı evə gətirəndə atam ilə görüşməkdən qorxurlar".

Nəşr qeyd edir ki, milyarderin özü heç vaxt autizm spektrinin pozğunluğu olduğunu açıq şəkildə bildirməyib.

Qeyd edək ki, Asperger sindromu — psixi pozğunluq olub, bəzən onu Autizmin bir forması da hesab edirlər. Bu sindromlu insanlar normal və yüksək intelektə malik olsalar da, lakin onların sosial qabiliyyətləri və vərdişləri zəif inkişaf etmiş olur. Onların emosional və sosial inkişafı ləngidiyindən onların inteqrasiyası da gecikmiş olur.

Tərcümə: Könül Oruc

E-saglam.az