Alkoqol zəhərlənməsi zamanı ağır intoksikasiya əlamətlərini vaxtında müəyyən etmək həyati əhəmiyyət daşıyır
E-saglam.az xəbər verir ki, Dövlət Təhsil Universitetinin Tibb fakültəsinin Cərrahiyyə kafedrasının müəllimi Aleksandr Umnov açıqlamasında təhlükəli əlamətlər barədə danışıb.
Həkimin sözlərinə görə, bədən temperaturunun aşağı düşməsi, dərinin solğunlaşması və nəbzin sürətlənməsi ağır zəhərlənmənin əlamətləri ola bilər. Belə hallar insanın həyatı üçün ciddi təhlükə yarada bilər.
Nəbzin həddindən artıq yavaşlaması, huşun itirilməsi, eləcə də qeyri-iradi sidik və ya nəcis ifrazı da təcili tibbi müdaxilə tələb edən əlamətlər sırasındadır. Həkim müxtəlif dərəcəli koma və ürək ritminin ciddi pozulmalarını da həyati təhlükəli vəziyyətlər kimi qeyd edib.
Bu əlamətlərdən hər hansı biri müşahidə olunarsa, dərhal təcili tibbi yardım çağırılmalıdır. Huşunu itirmiş insana ağızdan su, qəhvə və ya başqa maye vermək, eləcə də onu qusdurmağa çalışmaq olmaz. Nəfəs alırsa, qusuntu ilə boğulma riskini azaltmaq üçün onu böyrü üstə uzatmaq lazımdır.
Könül Oruc