Tibbi xəbərlər
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə
Tibbi xəbərlər
108

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilib.

E-saglam.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Dövlət başçısının imzaladığı sənədə əsasən, TƏBİB-in nizamnamə fondu publik hüquqi şəxsin əmlakı hesabına formalaşacaq.

TƏBİB dövlət qeydiyyatına alındığı günədək publik hüquqi şəxs fəaliyyətini davam etdirəcək və onun Müşahidə Şurasının səlahiyyətlərini Nazirliyin yaratdığı komissiya həyata keçirəcək.

TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi Nazirlik tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr və onun 4 müavinindən ibarət İdarə Heyəti həyata keçirəcək.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun