Bu gün Xpress.az xəbər portalının fəaliyyətə başlamasından bir il ötür.
Bir il ərzində Xpress.az oxucularına ölkədə və dünyada baş verən hadisələr, aktual məsələlər və gündəmin əsas mövzuları barədə operativ məlumat çatdırmağı hədəfləyib.
Portal fəaliyyət göstərdiyi müddətdə cəmiyyət üçün əhəmiyyətli hadisələri işıqlandırmağa, oxucuları aktual xəbərlərdən məlumatlandırmağa və informasiya gündəmini izləməyə çalışıb. Siyasət, iqtisadiyyat, sosial həyat və digər sahələr üzrə xəbərləri oxuculara çatdırmaq portalın əsas fəaliyyət istiqamətlərindəndir.
Rəqəmsal medianın sürətlə inkişaf etdiyi bir dövrdə operativlik, dəqiqlik və etibarlı informasiya təqdim etmək xəbər portalları qarşısında mühüm vəzifələr qoyur. Xpress.az da bu prinsipləri əsas götürərək fəaliyyətini davam etdirməyi qarşısına məqsəd qoyur.
Geridə qalan bir il portal üçün yeni təcrübələr və inkişaf imkanları ilə yadda qalıb. Qarşıdakı dövrdə də oxucuların informasiya ehtiyaclarını qarşılamaq, gündəmin mühüm hadisələrini işıqlandırmaq və xəbər məzmununu daha da təkmilləşdirmək istiqamətində fəaliyyətin davam etdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Xpress.az-ın təsisçisi və baş redaktoru Xəyalə Rəisdir.
Xpress.az-ın fəaliyyətində əməyi olan hər kəsi və portalı izləyən oxucuları bu əlamətdar gün münasibətilə təbrik edirik.
Xpress.az-ın bir yaşı mübarək!
E-saglam.az