Xəbərlər
Tanınmış həkim
Xəbərlər
125

Tanınmış həkim həbs olundu

Tanınmış stomotoloq Zeynalabdin Allahyarov həbs olunub.

E-saglam.az xəbər verir ki, Xitab24.az-ın əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin dələduzluq maddəsi üzrə təqsirli bilinib.

Məhkəmənin hökmü ilə Z.Allahyarov 2 il müddətinə azadlıqdan məhrum edilib.

İttihan aktına görə, həkim ona müraciət edən pasiyentlərə yalandan vəd verərək, ümumilikdə 26 795 manat məbləğində pulu mənimsəyib.

Zeynal kimi də tanınan stomotoloq, bu əməlləri “Loft Dent”lə yanaşı, “L.A Dent” və “Mediland Hospital”da törədib. Pasiyentlərin pulunu alaraq verdiyi vədə əməl etməyən həkim cəzasını ümumi rejimi cəzaçəkmə müəssisəsində çəkəcək.

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun