Tibbi xəbərlər
Universal Hospitalda səhiyyə və tibbi turizm sahəsinin
Tibbi xəbərlər
146

Universal Hospitalda səhiyyə və tibbi turizm sahəsinin nümayəndələri bir araya gəlib

Universal Hospitalda səhiyyə və tibbi turizm sahəsində fəaliyyət göstərən mütəxəssislərin iştirakı ilə növbəti InfoTour görüşü keçirilib.

E-saglam.az xəbər verir ki, görüşün əsas məqsədi səhiyyə və tibbi turizm sahəsində peşəkar əlaqələrin genişləndirilməsi, qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirəsi və yeni tərəfdaşlıqların qurulması olub.

Tədbirdə Universal Hospitalın icraçı direktoru Azər Əhmədov və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri, Skal Baku Klubunun prezidenti Ceyhun Aşurov çıxış edərək səhiyyə və tibbi turizm sahəsində əməkdaşlığın əhəmiyyətindən danışıblar.

Görüş çərçivəsində aritmoloq Fərid Əliyev də iştirakçılar qarşısında çıxış edib. O, aritmologiya sahəsində tətbiq olunan müasir müayinə və müalicə üsulları, ürək ritm pozuntularının diaqnostikası və müalicəsindəki yeniliklər, eləcə də bu sahədə klinikanın imkanları barədə məlumat verib. Çıxışdan sonra iştirakçılarla fikir mübadiləsi aparılıb, tibbi turizm çərçivəsində xarici pasiyentlərin cəlb edilməsi və peşəkar əməkdaşlıq perspektivləri müzakirə olunub.

Daha sonra qonaqlar üçün Universal Hospitalın şöbələrini əhatə edən infotur təşkil edilib. İştirakçılar klinikanın maddi-texniki bazası, tibbi infrastrukturu, müasir avadanlıqları və təqdim etdiyi tibbi xidmətlərlə yaxından tanış olublar.

İnformativ təqdimatlar və networking formatında davam edən görüş iştirakçılar arasında yeni əlaqələrin qurulmasına və gələcək əməkdaşlıq imkanlarının müzakirəsinə şərait yaradıb.

Könül Oruc

E-saglam.az

Əlaqəli Xəbərlər

Oxuduğunuz xəbərlə əlaqəli digər məqalələr

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun