Qidalanma
Faydalı hesab olunan quru əriyin
Qidalanma
205

Faydalı hesab olunan quru əriyin gizli təhlükələri müəyyən olunub

Quru ərik faydalı qida hesab olunsa da, onun həddindən artıq istehlakı həzm problemlərinə səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, endokrinoloq Nataliya Çadina quru ərikdən çox istifadə etməyin mümkün fəsadları barədə xəbərdarlıq edib.

Həkimin sözlərinə görə, quru ərik lif, kalium və karotinoidlərlə zəngindir. Lakin bu məhsulun tərkibində şəkər və kalori də kifayət qədər çoxdur. Buna görə də onun miqdarına nəzarət etmək vacibdir.

Mütəxəssis bildirib ki, quru ərikdən normadan artıq istifadə qarında köp, şişkinlik, gurultu və ishala səbəb ola bilər. Bu əlamətlər xüsusilə həzm sistemi həssas olan insanlarda daha çox müşahidə edilə bilər.

Endokrinoloq quru əriklə dəmir çatışmazlığı anemiyasını müalicə etməyin düzgün olmadığını da vurğulayıb. Çünki bu meyvədə dəmirin miqdarı kifayət qədər deyil və onun tərkibindəki dəmir heyvan mənşəli qidalardakı dəmirlə müqayisədə daha zəif mənimsənilir.

Həkim sağlam yetkin insanlara gündə təxminən 30-40 qram, yəni 4-6 ədəd quru ərik yeməyi tövsiyə edib. Arıqlamağa çalışan, diabet və insulin müqaviməti olan şəxslər isə qəbul etdikləri miqdara xüsusilə diqqət yetirməlidirlər.

Çadina quru ərik alarkən tərkibində əlavə şəkər olmayan, kif və yad qoxu əlamətləri müşahidə edilməyən məhsullara üstünlük verməyi tövsiyə edib. İstifadədən əvvəl isə quru ərikləri yaxşıca yumaq lazımdır.

Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun