Qidalanma
Hansı rəngli bibər
Qidalanma
9

Hansı rəngli bibər daha faydalıdır?

Bolqar bibəri il ərzində süfrələrdə yer alan faydalı tərəvəzlərdən biridir. Lakin onun müxtəlif rənglərdə olması bir çox insanda hansı rəngin daha sağlam olduğu ilə bağlı sual yaradır.

E-saglam.az xəbər verir ki, diyetoloq Yuliya Korobovanın sözlərinə görə, bolqar bibərinin hər rənginin özünəməxsus faydası var. Buna görə də onlardan yalnız birini seçmək və digərlərindən imtina etmək düzgün deyil.

Mütəxəssis bildirib ki, bütün rəngli bibərlərin tərkibində C vitamini, qida lifləri və təbii piqmentlər var. Bununla belə, onların qida tərkibində müəyyən fərqlər mövcuddur.

Qırmızı bibər beta-karotinlə daha zəngindir. Orqanizm beta-karotini A vitamininə çevirir. Sarı bibərdə isə C vitamininin miqdarı qırmızı bibərlə müqayisədə daha çox ola bilər.

Yaşıl bibərlər adətən tam yetişməmiş halda yığılır. Bu səbəbdən onların dadı digər rəngli bibərlərlə müqayisədə daha az şirin, bəzən isə bir qədər acı olur. Lakin bu, onların faydasız olması demək deyil.

Diyetoloq hesab edir ki, ən yaxşı seçim yalnız bir rəngə üstünlük vermək deyil, müxtəlif rəngli bibərləri növbə ilə qidalanmaya daxil etməkdir. Beləliklə, orqanizm müxtəlif faydalı maddələr əldə edə bilər.

Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun