Qidalanma
İsti şorbanı soyuducuya qoymağın
Qidalanma
180

İsti şorbanı soyuducuya qoymağın təhlükəsi açıqlandı

Hazır şorbanı soyuducuya qoymadan bir gecə söndürülmüş sobada saxlamaq qida zəhərlənməsi riskini artıra bilər.

E-saglam.az xəbər verir ki, qida mütəxəssisi Yelena Spetsenko bu vərdişin təhlükəli nəticələri barədə xəbərdarlıq edib.

Mütəxəssisin sözlərinə görə, soba söndürüldükdən sonra şorba tədricən soyuyur. Temperatur aşağı düşdükcə bakteriyaların çoxalması üçün əlverişli şərait yaranır. Bu, xüsusilə böyük qazanda saxlanılan yeməklər üçün təhlükəlidir. Çünki şorbanın içərisi uzun müddət isti qala bilər.

Spetsenko bildirib ki, şorbanı sonradan yenidən qaynatmaq da onu hər zaman təhlükəsiz etmir. Bəzi bakteriyalar yüksək temperatura davamlı toksinlər yarada bilər. Buna görə də düzgün saxlanılmayan yeməyin təkrar qızdırılması qida zəhərlənməsi riskini tam aradan qaldırmır.

Mütəxəssis hazır şorbanın otaq temperaturunda iki saatdan artıq saxlanılmamasını tövsiyə edib. Yeməyin daha tez soyuması üçün onu bir neçə kiçik və dayaz qaba bölmək, tam soyumasını gözləmədən soyuducuya yerləşdirmək olar.

Şorbanın soyuducuda 2-6 dərəcə temperaturda saxlanılması və iki-üç gün ərzində istehlak edilməsi məsləhət görülür. Ət və ya balıq bulyonunda hazırlanmış şorba isə istifadə edilməzdən əvvəl yaxşıca qızdırılmalıdır.

Spetsenko vurğulayıb ki, şorba gecə ərzində söndürülmüş sobada qalıbsa, onu yemək məsləhət deyil. Hətta yeməyin qoxusu, rəngi və dadı dəyişməsə belə, bu, onun təhlükəsiz olduğu anlamına gəlmir.

Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun