Sağlamlıq
Enerji içkilərini nə zaman içmək daha da təhlükəlidir? -
Sağlamlıq
9

Enerji içkilərini nə zaman içmək daha da təhlükəlidir? - Xüsusilə iki vəziyyətdə diqqətli olmaq lazımdır!

Enerji içkiləri bəzi hallarda ürək-damar sistemi üçün ciddi risk yarada bilər. Xüsusilə isti havada, saunada və spirtli içkilərlə birlikdə qəbul edildikdə ehtiyatlı olmaq lazımdır.

E-saglam.az xəbər verir ki, kardioloq Sergey Vasilievin sözlərinə görə, enerji içkilərinin spirtlə qarışdırılması təhlükəli nəticələrə səbəb ola bilər. Kofein insanın özünü daha ayıq hiss etməsinə səbəb olsa da, spirtin orqanizmə təsirini aradan qaldırmır. Nəticədə insan sərxoşluq hissini daha az hiss edərək içməyə davam edə bilər.

İsti havada və saunada isə orqanizm əlavə yüklənməyə məruz qalır. Bu şəraitdə enerji içkilərinin qəbulu ürək döyüntüsünün sürətlənməsi və digər arzuolunmaz təsirlərin yaranması riskini artıra bilər.

Enerji içkilərindəki kofein yorğunluğu aradan qaldırmır, onu müvəqqəti olaraq hiss etməməyə səbəb ola bilər. Həddindən artıq kofein qəbulu yuxunu poza, narahatlığı artıra və ürəkdöyünmə yarada bilər.

2024-cü ildə “Public Health” jurnalında dərc olunan sistematik araşdırmada enerji içkilərinin yeniyetmələrdə yuxu problemləri, psixoloji stress və akademik göstəricilərin aşağı düşməsi ilə əlaqəli olduğu bildirilib.

Mütəxəssislər enerji içkilərindən istifadəni məhdudlaşdırmağı, kifayət qədər yatmağı, düzgün qidalanmağı və fiziki aktivliyi gündəlik həyatın bir hissəsinə çevirməyi tövsiyə edirlər.

Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun