Bəzi xəstəliklərin ilkin əlamətləri adi yorğunluq, stress və ya həzm problemlərinə bənzəyir.
E-saglam.az xəbər verir ki, buna görə insanlar bəzən həkimə müraciət etməyi gecikdirir, diaqnozun müəyyənləşdirilməsi isə vaxt aparır.
1. Kron xəstəliyi
Güclü aybaşı ağrıları, qarın nahiyəsində narahatlıq, yorğunluq və həzm problemləri bu xəstəliyin əlamətləri ola bilər. Şikayətlər başqa ginekoloji və həzm sistemi problemləri ilə qarışdırıla bilər.
2. Çölyak xəstəliyi
Orqanizmin qlütenə qarşı reaksiyası nəticəsində yaranan bu xəstəlik qarında köp, ağrı, ishal, çəki itkisi və davamlı yorğunluqla özünü göstərə bilər. Əlamətlər qıcıqlanmış bağırsaq sindromuna bənzədiyi üçün xəstəliyin müəyyənləşdirilməsi gecikə bilər.
3. Endometrioz
Həzm sistemində iltihaba səbəb olan bu xroniki xəstəlik qarın ağrısı, uzunmüddətli ishal, çəki itkisi və halsızlıq yarada bilər. Əlamətlər digər bağırsaq xəstəliklərinə bənzədiyindən dəqiq diaqnoz üçün əlavə müayinələr lazım ola bilər.
4. Qalxanabənzər vəzinin zəif fəaliyyəti
Hipotireoz zamanı insan özünü daim yorğun hiss edə, çəki ala, üşüyə və qəbizlikdən əziyyət çəkə bilər. Bu əlamətlər başqa səbəblərlə də əlaqəli olduğundan xəstəliyin müəyyənləşdirilməsi üçün qan analizləri aparılır.
5. Dəmir çatışmazlığı anemiyası
Orqanizmdə dəmirin azalması hemoqlobinin səviyyəsinə təsir edərək qanazlığına səbəb ola bilər. Halsızlıq, başgicəllənmə, təngnəfəslik və diqqətin zəifləməsi əsas əlamətlərdəndir. Bu şikayətlər bəzən yuxusuzluq və stresslə əlaqələndirilir. Diaqnoz qan analizləri ilə dəqiqləşdirilir.
Davamlı və səbəbi bilinməyən əlamətləri görməzdən gəlmək olmaz. Şikayətlər uzun müddət davam edirsə və ya gündəlik həyata mane olursa, həkimə müraciət etmək vacibdir. Bu əlamətlərin olması mütləq sadalanan xəstəliklərdən birinin mövcudluğu demək deyil.
Könül Oruc