Yandex watch
Mütəxəssis yaya qədər qarın piylərini əridən təbii resepti verdi:

Yaya fit bədənlə girmək istəyənlər üçün mütəxəssis diyetoloqlar qatıq, nanə, sumaq, qara zirə və limon qarışığını tövsiyə edirlər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, bu sadə reseptin gecə saatlarında maddələr mübadiləsini sürətləndirərək qarın piylərini azaltmağa kömək etdiyi bildirilir.

Qatıq probiotiklərlə bağırsaq sağlamlığını gücləndirir, nanə və sumaq həzmi tənzimləyir, qara zirə antioksidant təsiri ilə toksinləri bədəndən çıxarır, limon isə detoks effekti yaradır.

Hazırlanması sadədir: qatığın üzərinə bu məhsulları əlavə edib qarışdırın və hər gecə yatmazdan əvvəl bir porsiya qəbul edin. Mütəxəssislər bu qarışığın 10 gün ərzində nizamlı istifadəsinin qarın bölgəsindəki yağların əriməsinə və enerjinin artmasına kömək etdiyini bildirirlər.

Ancaq hər kəsin orqanizmi fərqlidir. Bu cür dəyişikliklərə başlamazdan öncə dietoloqla məsləhətləşmək tövsiyə olunur. Unutmayın, uzunmüddətli nəticələr üçün sağlam qidalanma və fiziki aktivlik də vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az