Yandex watch
Ana olmaq ürəyi yorur? -

Analıq, qadının həyatında ən dərin emosional bağlarla müşayiət olunan, eyni zamanda böyük məsuliyyət tələb edən bir mərhələdir. Uşaqları üçün fədakarlıqla çalışan analar çox zaman öz sağlamlıqlarını, xüsusilə də ürək sağlamlığını arxa plana keçirirlər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, kardioloq Prof. Dr. Ahmet Karabulutun sözlərinə görə, analar stressə və kədərə daha həssas olurlar, bu isə ürək döyüntülərində pozuntu, ritm problemləri və hətta qırıq ürək sindromu kimi ağır nəticələrə səbəb ola bilər.

Yaş artdıqca risklər də artır. 30-40 yaş arası işləyən analarda stressə bağlı ürək döyüntüsü və nəfəs darlığı daha çox müşahidə olunur. 40-50 yaş arası artıq çəkidən və xroniki xəstəliklərdən qaynaqlanan risklər ön plana çıxır. Bu dövrdə hamiləliklər də daha riskli olur. 50-60 yaş aralığında isə menopoz dövrünün yaratdığı hormonal dəyişikliklər narahatlıq, yuxusuzluq və depressiya ilə yanaşı, ürək-damar xəstəlikləri riskini də artırır.

Son illərdə qadınlarda infarkt hallarının artması da diqqət çəkir. Klassik sinə ağrısı yerinə, qadınlarda bel, mədə ağrısı, ani yorğunluq kimi qeyri-tipik simptomlar da infarkt əlaməti ola bilər. Xüsusilə ailəvi ürək xəstəliyi olan, siqaret çəkən və diabetli qadınların ürəklərinə xüsusi diqqət yetirməsi vacibdir. Hər yaşda sağlam həyat tərzi, idman və mütəmadi tibbi nəzarət anaların ürəyini qorumağın ən təsirli yoludur.

Bu baxımdan, analar yalnız ailələrinə deyil, öz ürəklərinə də eyni qayğını göstərməli, sağlamlıqlarını həyatın təməl prioritetlərindən biri kimi qəbul etməlidirlər. 

Tərcümə: Könül Oruc

E-saglam.az