Yandex watch
Əllərdə ləkələrin yaranmasına səbəb nədir? -

Bəzi insanların əllərində zaman-zaman müəyyən ləkələr əmələ gəlir. Bu isə həmin insanların narahatçılığına və diskomfort hiss etmələrinə səbəb olur. Hətta müəyyən zaman keçdikdən sonra həmin ləkələrin artdığı belə müşahidə oluna bilir. 

Emlakbazari.az

Bəs buna səbəb nədir? Nə üçün əllərdə ləkələr meydana gəlir? 

E-saglam.az xəbər verir ki, mövzu ilə bağlı tibbi ekspert, həkim-terapevt Rasif Bağırov Hit.az-a açıqlama verib. O bildirib ki, insanın əllərində ləkələrin meydana gəlməsinin bir çox səbəbi var:

"Bəzən əllərdə gün ləkələri yaranır. Yəni, yay vaxtı günəşin altında çox gəzən insanların əlində buna rast gəlinir. Bəzən də dəri xəstəlikləri əldə ləkə yaradır. Daha dəqiq desək, melanin azaldığı üçün əllərdə ağ rəngdə müəyyən ləkələr meydana gəlir. Həmçinin, zaman-zaman dərinin üzərində dəmrov ləkələri yarana bilir". 

Ekspert qeyd edib ki, əllərdə ləkələrin yaranması yaşla da əlaqəli olur:

"İnsan yaşa dolan zaman yağ mübadiləsi pozulanda əllərdə və ya gözün altında qəhvəyi rəngli ləkələr meydana çıxır. Yəni yaş dövrü ilə uyğun olaraq belə proseslər meydana gəlir. 

Eyni zamanda, mədə-bağırsaq və ya qaraciyər kimi daxili orqan xəstəlikləri ilə bağlı da əllərdə ləkələrin yaranması mümkündür. Ümumiyyətlə, belə hallarla rastlaşanda həkimə və ya dermatoloqa müraciət etmək lazımdır. O zaman dəri müayinə olunur və ona qarşı tədbirlər görülür". (hit.az)

E-saglam.az