
Gül kələmi sağlam və faydalı tərəvəz olsa da, çox zaman bişirilməsində səhvlərə yol verilir.

E-saglam.az xəbər verir ki, mütəxəssislər düzgün qaynatma üsulu ilə həm dadını qorumağın, həm də parçalanmasının qarşısını almağın mümkün olduğunu bildirirlər.
Əvvəlcə gül kələmini baş hissəsindən ayırıb çiçək formasında bıçaqla düzgün şəkildə doğrayın. Bu, bişirmə zamanı həm estetik görünüş, həm də bərabər bişmə təmin edir. Su qaynayan anda içərisinə bir neçə çimdik duz əlavə edin, sonra isə gül kələmini qazana qoyun. Bu üsul həm dadı artırır, həm də bişirmə prosesini sürətləndirir.
Qaynama zamanı gül kələmi çox bişməməlidir – dağılmadan bişməsi üçün sadəcə bir dəfə çevirmək kifayətdir. Bişib-bişmədiyini bıçaqla yoxlayın: çiçəklər asanlıqla ayrılırsa, artıq hazırdır.
Sonda haşlanmış gül kələmini daha ləzzətli etmək üçün üzərinə zeytun yağı, qatıq və ya sevdiyiniz ədviyyatlar əlavə edə bilərsiniz. Bu sadə qaydalarla siz də sağlam və dadlı bir gül kələm yeməyi hazırlaya bilərsiniz.
Tərcümə: Könül Oruc