
Həyat tərzinin dəyişdirilməsi xorultudan qurtulmağın ən əlçatan və təsirli yoludur.

E-saglam.az xəbər verir ki, bu sirri “İzvestiya”ya müsahibəsində Dövlət Təhsil Universitetinin Tibb fakültəsinin terapiya kafedrasının dosenti İrina Volgina açıqlayıb.
Terapevt qeyd etdi ki, xoruldamanın müalicəsi onun baş vermə səbəbinin müəyyən edilməsi ilə başlamalıdır. Onun sözlərinə görə, burada bir çox amillər ola bilər: burun çəpərinin əyriliyi, adenoidlər, iltihabi xəstəliklər, nazofarenksin, ağız-udlağın və qırtlağın bədxassəli və xoşxassəli şişləri. Həkim qeyd edib ki, bəzi patologiyalar yalnız cərrahi yolla düzəldilə bilər, bəziləri üçün isə xüsusi terapiya seçilir.
Volgina həyat tərzinin korreksiyasını ən əhəmiyyətli müalicə üsulu adlandırdı. O izah etdi ki, xoruldama tez-tez artıq çəki səbəbindən baş verir, ona görə də pəhrizinizi tənzimləmək və fiziki aktiv olmaq vacibdir. O deyir ki, yuxu sahəsini düzgün təşkil etmək də kömək edə bilər. O, ortopedik yastıq və döşək seçməyi məsləhət gördü. "Bundan əlavə, xüsusi bir müalicə var - havanın artan təzyiq altında verildiyi CPAP terapiyası", - deyə Volgina təklif etdi.
Mütəxəssis qeyd edib ki, müalicə olmadan xoruldama ürəyin işemik xəstəliyi, insult və maddələr mübadiləsinin pozulmasına səbəb ola bilər. "Demans inkişaf riski də artır", - terapevt xəbərdarlıq etdi.
Tərcümə: Könül Oruc