Yandex watch
Faydasını eşidən qoxusuna

Mətbəxin ayrılmaz hissəsi olan yaşıl soğan qoxusuna görə bəzən gözardı edilsə də, sağlamlıq üçün faydaları ilə diqqət çəkir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, gündəlik istehlak edildikdə orqanizmə tam dəstək verir və bir çox xəstəliyin qarşısını almağa kömək edir.

İmmuniteti gücləndirir

C vitamini və antioksidantlarla zəngin olan yaşıl soğan immun sistemini gücləndirərək infeksiyalara qarşı müqaviməti artırır. Xüsusilə mövsüm dəyişikliklərində qoruyucu rol oynayır.

Qanazlığına qarşı təbii dəstək

Dəmir mənbəyi olan yaşıl soğan qırmızı qan hüceyrələrinin yaranmasını dəstəkləyir, qanazlığı ilə mübarizədə təbii yardımçı kimi çıxış edir.

Ürək sağlamlığını qoruyur

Xolesterolu tənzimləməyə kömək edən yaşıl soğan qan dövranını yaxşılaşdırır, infarkt və insult riskini azaldır.

Həzm sistemini tənzimləyir

Lifli quruluşu sayəsində mədə-bağırsaq sistemini dəstəkləyir, qəbizlik və həzmsizlik problemlərinə qarşı təsirlidir.

Qocalmanı ləngidir

Antioksidant tərkibi hüceyrələri qoruyaraq erkən qocalma əlamətlərinin qarşısını alır, həm də dəri və daxili orqanların funksiyalarını dəstəkləyir.

Sümük sağlamlığını gücləndirir

K vitamini və kalsiumla zəngin olan yaşıl soğan sümük sıxlığını artırır, osteoporozun qarşısını almağa kömək edir.

Gözləri qoruyur

A vitamini ilə zəngin bu tərəvəz görmə qabiliyyətini qoruyur və göz xəstəliklərinin yaranma riskini azaldır.

Necə istehlak olunmalıdır?

Çiy halda salatlarda, omletlərdə və yeməklərə əlavə edilərək rahatlıqla istifadə oluna bilər. Gündəlik istehlak bədənin ehtiyac duyduğu vitamin və minerallarla təmin olunmasına dəstək verir.

Tərcümə: Könül Oruc

E-saglam.az