Yandex watch
Bu vərdişlər beyninizi

Hər kəsin zaman-zaman xırda şeyləri unutması normaldır və bu, gündəlik həyatı ciddi şəkildə təsirləndirmir. Lakin unutqanlıq gündəlik fəaliyyətlərə təsir etməyə başlayarsa və ya yaxınlarımız bu halı hiss edirsə, mütləq şəkildə həkimə müraciət edilməlidir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, bunu Ondokuz Mayıs Universiteti (OMÜ) Tibb Fakültəsi Nevrologiya kafedrasının müəllimi Prof. Dr. Hüseyn Alparslan Şahin bildirib. 

Unutqanlıq və demans: təhlükənin başlanğıcı

Şahin illərdir demans, Alzheimer və Parkinson kimi nevroloji xəstəliklər üzərində çalışdığını və yaşla əlaqəli unutqanlığın normal sayılmasının doğru olmadığını vurğulayıb. O qeyd edib ki, “Yaşlılarda demansın normal sayılması hələ də bir çox cəmiyyətdə yayılmış yanlış düşüncədir. Alzheimer dərnəklərinin fəaliyyəti bu fikri azaltsa da, tamamilə aradan qalxmayıb”.

Dərman müalicəsinə biganəlik: böyük problem

Şahin deyib ki, diaqnoz qoyulmuş xəstələrin yalnız 30-40 faizi dərmanlarını davamlı şəkildə qəbul edir, bu isə müalicənin effektivliyinə ciddi təsir göstərir. “Bu dərmanlardan ömürlük istifadə vacibdir. Dərmanlar dayandırıldıqda xəstəliyin gedişatı daha da sürətlənə bilər,” – deyə o xəbərdarlıq edib.

Yeni dərmanlar: ümid və suallar

Son illərdə ABŞ-da təsdiqlənmiş iki yeni dərmanın xəstəliyin patofiziologiyasını hədəf aldığı bildirilsə də, insanlarda gözlənilən effekti tam göstərməyib. Onların effektivliyi təxminən 30 faiz səviyyəsindədir və qiymətləri yüksəkdir.

Aktiv həyat beyini qoruyur

Şahin demensiyadan qorunmaq üçün sağlam həyat tərzinin vacibliyini vurğulayıb: “Ürəyə faydalı olan hər şey beyinə də faydalıdır. Az xolesterollu qidalar, Aralıq dənizi pəhrizi, idman, sosial aktivlik — bütün bunlar beyin sağlamlığını dəstəkləyir. Lakin 60-70 yaşında deyil, daha erkən yaşlarda bu vərdişlərə başlamaq lazımdır”.

Genetik faktor: diqqətli olun

“Ailədə Alzheimer xəstəsinin olması riski artırır. Genetik ötürülmə ümumilikdə 3-5 faiz olsa da, birinci dərəcəli qohumlarda bu xəstəlik varsa, risk ikiqat artır,” – deyə Şahin bildirib.

Təhlükəli vərdişlərdən uzaq durun

Xroniki yuxusuzluq, düzgün qidalanmama və zərərli vərdişlər birbaşa demensiyaya səbəb olmasa da, xəstəliyin yaranma ehtimalını artırır. Buna görə də bu risk faktorlarına qarşı diqqətli olmaq vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az