Yandex watch
14 yaşlı qız təsadüfən qaşıq udub -

Rusiyanın Moskva şəhərindəki L.M.Roshal Uşaq Klinik Mərkəzinin həkimləri olduqca qeyri-adi vəziyyətlə üzləşiblər. Onlar endoskopik üsulla 14 yaşlı qızın mədəsindən 15 sm uzunluğunda metal qaşığı uğurla çıxarıblar.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, bu barədə Moskva vilayətinin Səhiyyə Departamentinin mətbuat xidməti məlumat yayıb.

Hadisə qız yemək yeyərkən baş verib. Onun sözlərinə görə, alma parçası boğazına ilişib və onu qaşıqla çıxarmaq istəyərkən təsadüfən udub. Gözlənilməz hadisə onun ciddi narahatlığına səbəb olub və o, dərhal həkimə müraciət edib.

Həkimlər yad cismin dəqiq mövqeyini müəyyən etmək üçün tez bir zamanda rentgen müayinəsi, ardınca videoskopiya apardılar. Nəticələr göstərdi ki, qaşıq üfüqi şəkildə mədəyə yerləşdirilib: dar ucu daxili divara yapışdırılıb, daha geniş hissəsi isə onikibarmaq bağırsağa yönəlib.

Cərrahiyyə əməliyyatı nəzərdə tutulurdu, lakin həkimlər riski yüksək olduğu üçün açıq əməliyyat keçirməməyi üstün tutublar. Bunun əvəzinə endoskopik prosedura üstünlük verdilər. Xüsusi bir çəngəl və forseps istifadə edərək, qaşıq diqqətlə boğazdan çəkildi.

Əməliyyat yüksək peşəkarlıqla aparılıb: qızın mədəsinə və bağırsaqlarına heç bir ziyan dəyməyib. Həkimlər müvəffəqiyyəti təsdiqləyib və qısa müddət sonra xəstəni evə buraxıblar.

Tibb mütəxəssisləri vurğulayırlar ki, belə hallar nadirdir, lakin təcili və ixtisaslı diqqət tələb edir. Yad cisimlərin udulması halında, özünü müalicə etməkdən qaçınmaq lazımdır və insanlar təcili tibbi yardım almalıdırlar. Vaxtında və düzgün tədbirlər sağlamlığın qorunmasının açarıdır.

Qız artıq tam sağalıb və evə qayıdıb. Ailəsi həkimlərə minnətdarlıqlarını bildiriblər.

Tərcümə: Könül Oruc

E-saglam.az