
Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə Zəka Aqil oğlu Mirzəyev Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri təyin edilib.

E-saglam.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Zəka Mirzəyev 2005-ci ildən Maliyyə Nazirliyində baş məsləhətçi, sektor müdiri, müdir müavini, 2018-ci ildən Dövlət Sosial Müdafiə Fondunun idarə rəisi vəzifəsində çalışıb. 2020-ci ildən Fondun İdarə Heyətinin sədr müavini olub.
Xatırladaq ki, DSMF-nin keçmiş sədri Himalay Məmişov Prezidentin müvafiq sərəncamı ilə maliyyə nazirinin müavini təyin edilib.