Dünya Piylənmə Federasiyasının məlumatlarına əsasən, dünayada piylənmə xəstəliyindən əziyyət çəkən 1 milyarda yaxın insan var. Bu səbəblə Ümumdünya Sağlıq Təşkilatı piylənməni 21-ci əsrin pandemiyası olaraq qəbul etmişdir.
Bu barədə E-saglam.az-a açıqlamasında Məlhəm Beynəlxalq Hospitalının Uzman endokrinoloqu Nərimanə İmanova danışıb.
Onun sözlərinə görə, piylənmə qidalarla aldığımız enerjinin xərclədiyimiz enerjidən daha çox olması nəticəsində yaranan bir durumdur. Müasir dövrümüzdə kalorili qidalanmanın yüksək olması və oturaq həyat tərzi piylənmə xəstəliyinin başlıca səbəblərindəndir:
"Xəstəliyin etopatogenezində hipotamalik (mərkəzi sinir sistemi) və hedonik tənzimlənmə olduğunu görürük. Orqanizmdəki aclıq və toxluq hormonları hipotalamusda eyni mərkəzlərə təsir göstərərək qida qəbulunu tənzimləyir. Hedonik tənzimləmə isə qida qəbul edərək stress mübarizə və ya xoşbəxt olma kimi psixolojik aspektlərlə təzahür edir. Bu tənzimlənmənin pozulması zamanı pasient tox olsa bilə yeməyə davam edir. İştahımızı artıran əsas hormon grelin hormonudur istan azaldan hormonlar isə daha cox olub leptin, glucagon like peptid-1 (GLP-1), gastro-intestinal peptid (GİP), xolesistokinin, oksitomedulin, peptid YY, amilin, qlukaqon, insulin hormonalarıdır".
Endokrinoloq bildirib ki, yaranma mexanizması və səbəblərinə nəzərə alsaq piylənmənin müalicəsi multidisiplinar komanda tərəfindən həyata keçirilməlidir. Bu komandada endokrinoloq, bariatrik cərrah, diyetoloq, klinik psixoloq vəya psixiatr və idman həkiminin olması arzu olunandır:
"Piylənmə mülaicəsində tək məqsəd xəstənin çəki verməsi deyil, piylənməyə bağlı yaranan ikincil xəstəlikləri-fəsadları önləmək vəya kontrol altına almaqdır. Piylənməyə bağlı ən sıx görülən xəstəliklər insulin rezistentliyi, şəkərli diyabet və prediyabet, hipertenziya, ürək-damar sistemi xəstəlikləri, qan yağlarının patologiyaları, yağlı qaraciyər və buna bağlı qaraciyər sirrozu, yuxu apneası, hipoqonadizm (cinsiyət hormonlarının azalması), osteoartit (oynaq xəstəliyi), polikistik yumrtalıq sindromudur. Piylənmə eyni zamanda orqanizmdə xroniki iltihabi bir sıra proses yaratdığı üçün bədxassəli xəstəliklərin riskini də artırmaqdadır.
Piylənmə müalicəsi uzun müddətli olmalıdır. Çəki itkisi ilə müəyyən biolojik adaptasiya mexanizmaları yaranırki bunlardan başlıcaları iştah hormonlarımızın artması və enerji sərfiyatının azalmasıdır, bu səbəblə piylənmə müalicəsi uzun müddətli olmalıdır. Əyər müalicə davam ettirilməzsə verilən çəkinin geri alınması qaçınılmaz bir haldır. Bu xəstələr çəkinin qorunması zamanı da mütəmadi həkim kontrolunda olmalıdırlar".
N.İmanova qeyd edib ki, piylənmə müalicəsinin əsaslarını pəhriz (sürdürülə bilən sağlam qidalanma- tibbi qidalanma), fiziki aktivliyin artırılması bunlarla çəki kontrolu əldə olunmazsa farmakoterapiya (dərmanlar), endoskopik prosedurlar və bariatrik cərrahiyə təşkil edir:
"Dərman mülaicəsində 20 ildir istifadə olunan və son 10 ildə daha da təkmilləşdirilən preparatlar GLP-1 reseptor aqonistləridir. Sosial platformlarda və qeyri-tibbi məlumatlandırmalarda arıqlama iynələri vəya preparatları olaraq bilinir. Bu dərmanların əsas təsirləri hipotalamus (beyində yerləşir) toxluq mərkəzini stimulasiya edir, toxluq hissini artırıb iştahı azaldır. Bununla yanaşı insulin sintezini və enerji istifadəsini artırır, qaraciyər yağlanmasını, yağların depolanmasını, mədənin boşalmasını və mədə-bağırsak traktının hərəkətini azaldaraq çəki itkisi edirlər. Tədqiqatlar bu preparatların müntəzəm istifadəsi zamanı bədən ağırlığının %15-25 arası itirildiyini göstərmişdir.
Hal-hazırda ən çox istifadə olunan GLP-1 reseptor analoqu semaqlutiddir, bir digər preparat tirzapatid isə həm GLP-1 həm də GİP reseptor analoqu olub dual (ikili) təsirli bir preparatdır. Əlbəttəki bu preparatların istifadəsi zamanı yan təsirlər görülə bilir, bunlardan ən sıx görüləni bulantı, ishal, qusmadır.
Preparatların həmçinin əks göstərişləri də var ki kəskin pankreatit, medulyar tiroid xərçəngi bunlara aiddir. Öd və Öd yolu xəstəliklərində risklər nəzərə alınmalı və ehtiyatlı istifadəsi tövsiyyə olunur.
Xəstə müalicə müddətində mütləq həkim kontrolunda olmalı və vaxtaşırı müayinələrini qaçırmamalıdır. Həmçinin preparatların istifadəsi həkim endokrinoloqun baxışı olmadan yol verilməzdir. Unutmayaq ki, piylənmə müalicəsində hər hansı üsul pəhriz və idmanla bərabər olmalı və yaşam tərzi dəyişdirilməlidir. Bunları etməyən pasientlərdə preparatların təsiri daha az olur və dərmanlar kəsildikdən sonra və ya cərrahi prosedur sonrası çəkinin geri alınması daha sıx izlənir. Yemə alışqanlığı patologiyalarında psixolojik dəstək alınması gərəkir. Piylənmə müalicəsi pasientin davamlı olaraq aktiv, qətiyyətlə iştirakını tələb edir.
Piylənmə müalicəsinin əsas məqsədi, real çəki itkisi hədəfləmək, piylənmə ilə əlaqəli xəstəlik və ölüm risklərini azaltmaq, pasientə sağlam və balanslı qidalanma vərdişləri qazandırmaq və xəstənin həyat keyfiyyətini yaxşılaşdırmaqdır.
"Məlhəm" Beynəlxalq Hospitalı ilə əlaqə:
Çağrı mərkəzi: 803
Əlaqə nömrəsi: +994 51 201 71 01
Ünvan: C. Naxçıvanski küç. 433 Bakı, 1099, Baku, Azerbaijan
https://www.instagram.com/melhembeynelxalqhospital/
Həkimlə əlaqə: