Kardioloq Sara Aleksandr səhər yeməyinə avokado daxil etməyin ürək-damar sağlamlığı üçün faydalı ola biləcəyini bildirib.
E-saglam.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, avokado xolesterin səviyyəsinin tənzimlənməsinə və qan təzyiqinin normal saxlanmasına kömək edə bilər. Araşdırmalar göstərir ki, həftədə ən azı iki porsiya avokado qəbul edən insanlarda ürək-damar xəstəlikləri və koronar ürək xəstəliyi riski daha aşağı olur.
Həkim qeyd edib ki, avokadonun bu təsiri onun tərkibində olan bitki sterolları ilə bağlıdır. Bu maddələr qanda xolesterinin azalmasına kömək edir və ürək-damar sistemini qoruyur.
Bundan əlavə, avokado antioksidantlar, E vitamini və damar sağlamlığını dəstəkləyən müxtəlif mikro və makroelementlərlə zəngindir. Meyvənin yüksək lif tərkibi də diqqət çəkir - yarım avokado gündəlik lif ehtiyacının təxminən dörddə birini təmin edə bilər.
Mütəxəssis həmçinin bildirib ki, avokado bananla müqayisədə daha çox kalium ehtiva edir. Bu isə orqanizmdə artıq duzun təsirini azaldaraq qan təzyiqinin tənzimlənməsinə kömək edir.
Tərcümə: Könül Oruc