Tibbi xəbərlər
Təcili yardım həkimindən ÇAĞIRIŞ: Huşsuz vəziyyətdə olan insana
Tibbi xəbərlər
184

Təcili yardım həkimindən ÇAĞIRIŞ: Huşsuz vəziyyətdə olan insana su verməyin

İnsan udma qabiliyyətini itirdikdə boğulma təhlükəsi ilə üzləşə bilər.

E-saglam.az xəbər verir ki, təcili yardım həkimi Svetlana Quz belə hallarda ilkin olaraq zərərçəkənin səsə reaksiyasının, nəfəs almasının və nəbzinin yoxlanılmasının vacib olduğunu bildirib.

Həkimin sözlərinə görə, əgər insan nəfəs alırsa, lakin huşsuz vəziyyətdədirsə, onu böyrü üstə, təhlükəsiz yan vəziyyətə gətirmək və dərhal təcili yardım çağırmaq lazımdır. Nəfəsalma normal deyilsə və ya yoxdursa, dərhal ürək-ağciyər reanimasiyasına başlamaq və təcili yardım çağırmaq vacibdir.

Həmçinin həkim vurğulayıb ki, təcili yardım briqadası gələnə qədər zərərçəkəni tək qoymaq olmaz.

Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun