Tibbi xəbərlər
Gün ərzində enerjini oğurlayan
Tibbi xəbərlər
7

Gün ərzində enerjini oğurlayan bir vərdiş aşkarlanıb

Gün ərzində enerjinizi oğurlayan vərdiş: Bu qidalardan uzaq durun

Şirniyyat yemək və şəkərli içkilər qəbul etmək qısa müddətlik enerji versə də, sonradan daha güclü yorğunluğa səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, diyetoloq Lyudmila Osinkina gün ərzində enerjini azaldan əsas vərdişlərdən birinin tez-tez şəkərli qəlyanaltılar qəbul etmək olduğunu bildirib.

Onun sözlərinə görə, şokolad, şirin xəmir xörəkləri və siroplu kofe qanda şəkərin səviyyəsini sürətlə yüksəldir. Bu zaman insan özünü daha enerjili hiss etsə də, təsir uzun sürmür.

Diyetoloq xəbərdarlıq edib ki, şirin qidalardan sonra orqanizm insulin vasitəsilə qanda şəkərin səviyyəsini tənzimləməyə başlayır. Şəkərin sürətlə yüksəlib sonra azalması zəiflik, yuxululuq, əsəbilik və diqqəti cəmləməkdə çətinlik yarada bilər.

Osinkina əlavə edib ki, enerjini qorumaq üçün daim şirniyyata güvənmək düzgün deyil. Çünki belə qəlyanaltılardan sonra aclıq hissi tez geri qayıda bilər. Üstəlik, əlavə şəkərlə zəngin qidaların tərkibində lif və digər faydalı maddələr də az olur.

Diyetoloq gün ərzində enerjili qalmaq üçün daha balanslı qidalanmağa və şəkərli qəlyanaltıların qəbulunu azaltmağa çağırıb.

Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun