Tibbi xəbərlər
Qanda şəkərin normal səviyyəsi
Tibbi xəbərlər
20

Qanda şəkərin normal səviyyəsi nə qədər olmalıdır?

Rusiya Endokrinoloqlar Assosiasiyasının üzvü, dietoloq Pavel Baranov qanda şəkərin səviyyəsi və onun düzgün ölçülməsi barədə danışıb.

E-saglam.az xəbər verir ki, mütəxəssisin sözləri RİA Novosti agentliyində dərc olunub.

Baranovun sözlərinə görə, sağlam insanlarda qanda qlükozanın səviyyəsi müəyyən hədlər daxilində olmalıdır. Göstəricinin normadan aşağı və ya yuxarı olması sağlamlıqla bağlı problemlərin əlaməti ola bilər.

Qanda şəkərin aşağı düşməsi hipoqlikemiya, normadan yüksəlməsi isə hiperqlikemiya adlanır. Lakin nəticələri qiymətləndirərkən analizin nə vaxt verildiyi və insanın sağlamlıq vəziyyəti nəzərə alınmalıdır.

Qanda şəkərin səviyyəsini düzgün müəyyən etmək üçün analizdən əvvəl həkimin və ya laboratoriyanın göstərişlərinə əməl etmək vacibdir. Acqarına qlükoza analizi verilərkən, adətən, müəyyən müddət ərzində yemək yeməmək, yalnız adi su içmək tövsiyə olunur. Analizdən əvvəl sakit qalmaq və fiziki gərginlikdən çəkinmək də nəticələrin düzgün qiymətləndirilməsinə kömək edə bilər.

Qeyd edək ki, qanda şəkərin normal həddi analizin növündən və ölçülmə şəraitindən asılıdır. Buna görə nəticəni yalnız bir rəqəmə əsasən qiymətləndirmək və özbaşına diaqnoz qoymaq düzgün deyil.

Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun