Psixologiya
Panik atakı 60 saniyədə
Psixologiya
53

Panik atakı 60 saniyədə belə dayandırın

Panik atak "qadın" problemi və ya zəiflik əlaməti deyil, vegetativ sinir sisteminin nasazlığıdır.

E-saglam.az xəbər verir ki, bunu Aksona Ruhi Sağlamlıq Klinikasının psixiatrı Anna İvaşkina deyib.

Dünya üzrə insanların təxminən 3 faizinin panik atak keçirdiyi bildirilir. Kişilər də bu vəziyyətlə üzləşirlər, lakin bəzən əlamətləri yorğunluq və ya əsəblə əlaqələndirərək diqqətdən kənarda qoyurlar. Panik atak adətən bir neçə dəqiqədən 20 dəqiqəyədək davam edir. Bu zaman nəfəsə nəzarət etmək və diqqəti başqa istiqamətə yönəltmək narahatlığın azalmasına kömək edə bilər.

Həkim panik atak zamanı üç üsuldan istifadə etməyi tövsiyə edir. Birincisi, nəfəsi yavaşlatmaqdır. Dərindən və sürətlə nəfəs almaq əvəzinə, burundan təxminən 2 saniyə nəfəs alın, dodaqları yüngülcə büzərək 4 saniyə ərzində nəfəs verin. İkincisi, diqqəti ətraf mühitə yönəltməkdir. Bunun üçün ətrafınızda gördüyünüz 5 əşyanın, toxuna bildiyiniz 4 səthin, eşitdiyiniz 3 səsin, hiss etdiyiniz 2 qoxunun və 1 dadın adını müəyyənləşdirin. Üçüncüsü isə özünüzü yaxşı hiss etdikdə yüngül hərəkətlər etmək və ya qısa gəzintiyə çıxmaqdır.

Mütəxəssis panik atak zamanı özünüzü sakitləşməyə məcbur etməməyi, spirtli içkilərdən istifadə etməməyi və nəbzi və qan təzyiqini təkrar-təkrar yoxlamamağı tövsiyə edir. Bu davranışlar narahatlığı daha da artıra bilər.

Panik ataklar təkrarlanırsa, gündəlik həyata mane olursa və insan müəyyən yerlərə getməkdən çəkinməyə başlayırsa, psixiatr və ya psixoterapevtə müraciət etmək vacibdir. Mütəxəssis tutmaların səbəblərini müəyyənləşdirməyə və uyğun müalicə seçməyə kömək edə bilər.

Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun