Sağlamlıq
Məşhur brendin ətrinin satışı
Sağlamlıq
145

Məşhur brendin ətrinin satışı qadağan edildi - sağlamlıq üçün təhlükəli imiş

"Chanel" brendinin kişi ətiri olan "Allure Homme" sağlamlıq üçün təhlükəli hesab edilən maddəyə görə Avropa İttifaqı ərazisində satışdan çıxarılıb.

E-saglam.az xəbər verir ki, bu barədə Avropa İttifaqının rəsmi saytında məlumat dərc olunub.

Məlumata əsasən, ətirin bir partiyasında kosmetik məhsullarda istifadəsi Aİ-də qadağan edilmiş lilial adlı maddə aşkarlanıb.

Ətirə xoş qoxu vermək üçün istifadə olunan bu komponentin reproduktiv sistemə mənfi təsir göstərə, həmçinin güclü dəri allergik reaksiyalarına səbəb ola biləcəyi bildirilir.

Oxu.Az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun