Tibbi xəbərlər
Məşhur arıqlama dərmanları
Tibbi xəbərlər
75

Məşhur arıqlama dərmanları korluğa və mədə iflicinə səbəb olub

Ozempic, Wegovy və Mounjaro istehsalçıları ciddi fəsadlar yaratmaqda ittiham olunurlar.

E-saglam.az xəbər verir ki, Ozempic, Wegovy və Mounjaro preparatlarının istehsalçıları dərmanların qəbulu nəticəsində ciddi fəsadların yaranmasına görə geniş şəkildə ittiham olunurlar.

ABŞ-də arıqlamaq və diabetin müalicəsi üçün istifadə edilən bu preparatlarla bağlı 4300-dən çox məhkəmə işi nəzərdən keçirilir. İddiaların əsas hissəsi dərmanların istehsalçılarına qarşı qaldırılıb.

ABŞ federal məhkəmə statistikasına görə, hazırda 4082 baxılmamış iş mədə-bağırsaq ağırlaşmaları ilə əlaqədardır. Bir çox pasiyentə mədə iflici və bağırsaq tıxanması kimi ciddi həzm sistemi xəstəlikləri diaqnozu qoyulub.

Bundan əlavə, görmə qabiliyyətinin itirilməsi ilə bağlı daha 278 məhkəmə iddiası qaldırılıb. Pasiyentlər arıqlama və diabet dərmanlarını qəbul etdikdən sonra geri dönməz korluğa səbəb ola biləcək xəstəliklərlə üzləşdiklərini bildirirlər.

Qeyd edək ki, Ozempic, Wegovy və Mounjaro əsasən diabetin müalicəsi və piylənmə ilə mübarizədə istifadə olunur. Bununla belə, irəli sürülən iddialar üzrə araşdırmalar davam edir və sadalanan fəsadların dərmanlarla birbaşa əlaqəsi hələ məhkəmələr tərəfindən təsdiqlənməyib.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun