Həkim Svetlana Kanevskaya acqarına tünd çay içməyin orqanizmə təsirini izah edib.
E-saglam.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, tünd çay tərkibində kofein və taninlər olduğu üçün sadə sudan fərqli təsir göstərir. Çayın yüngül sidikqovucu xüsusiyyəti var və bu səbəbdən acqarına çox tünd çay içmək bəzi insanlarda susuzlaşma hissini artıra, həmçinin narahatlıq yarada bilər. Bu hallar zəiflik, titrəmə, ürəkdöyünmə və mədə narahatlığı kimi əlamətlərlə özünü göstərə bilər.
Həkim bildirib ki, çaydakı taninlər və digər polifenollar bəzi qida maddələrinin mənimsənilməsinə də təsir edə bilər. Xüsusilə yeməkdən əvvəl çox miqdarda qəbul edildikdə, bu maddələrin sorulmasını qismən azalda bilər.
Kanevskaya əlavə edib ki, çox isti çayın uzunmüddətli və müntəzəm istifadəsi də risk yarada bilər. Onun sözlərinə görə, gündə 60°C-dən yuxarı temperaturda təxminən 700 ml çay qəbul edən şəxslərdə qida borusu ilə bağlı ciddi risklərin artması müşahidə olunur.
Tərcümə: Könül Oruc