Yandex watch
Ağır xəstəliklərin müalicəsində müasir texnologiya və peşəkar tibbi komanda –

Məlhəm Hospital Klinikası Pediatriya Mərkəzi tam peşəkar pediatrik tibbi xidmət vermək məqsədilə yanvar ayından etibarən Uşaq Reanimasiya Şöbəsini fəaliyyətə başladıb. Mərkəzimiz uşaqlarda baş verən müxtəlif ağırlıqlı xəstəliklərin diaqnostika və müalicəsi üzrə yüksək keyfiyyətli xidmət göstərmə gücündədir. 

Emlakbazari.az

Bu barədə E-saglam.az-a Məlhəm Beynəlxalq Hospitalından məlumat verilib. 

Bildirilib ki, Uşaq Reanimasiya Şöbəsi hər gün 24 saat həkim və tibbi personalı ilə fəaliyyət göstərir. Müalicə məqsədilə müraciət edilən xəstəliklər içərisində kəllə-travmaları, multitravmalar, kəllədaxili qanaxmalar, baş beynin infeksion və qeyri-infeksion zədələnmələri, müxtəlif mənşəli epileptik tutmalar və onların ağırlaşmaları mövcuddur. Mərkəzimizdə 24 saat fəaliyyət göstərən KT, MRT kimi müayinə cihazlarının olması, təcili hallarda cərrahi müdaxilə imkanlarının olması sözügedən xəstəliklərin müalicəsində zaman itkisi olmamasına şərait yaradır. Nəticə olaraq müalicədə maksimum fayda əldə edilmiş olur. Bunun üçün klinikamızda çalışan beyin cərrahları və uşaq nevroloqunun mövcud olduğunu da bildirmək istərdik.

Yuxarı tənəffüs yolu, aşağı tənəffüs yolu xəstəlikləri, o cümlədən bronxial astma krizi, ağır inaq, bronxiolit, bronxopnevmoniyalar, ocaqlı və total pnevmoniyaların müalicəsi mərkəzimizdə həyata keçirilir. Diaqnostika məqsədilə portativ rentgen ve USM cihazlarımız, Torakal KT görüntüləmə və peşəkar radioloq komanda imkanlarımızın olması diaqnostika baxımından uşaqlarda tənəffüs yolu xəstəliklərin idarə edilməsində işimizi asanlaşdıran faktorlardır. Şöbəmizdə Yüksək axınla oksigen müalicəsi HFNC cihazı ilə, intübə xəstələrin təqibi isə yüksək standartlara cavab verən Süni tənəffüs aparatları vasitəsilə həyata keçirilir.

Klinikamızda Uşaq kardioloqu və exokardioqrafiya imkanlarını nəzərə alaraq uşaqlarda ürək xəstəlikləri və onların ağırlaşmalarının müalicə olunduğunu vurğulamaq lazımdır. Bununla yanaşı çox az mərkəzdə olan kardiak MRT müayinə imkanımız sayəsində xüsusilə miokardit xəstələrinin erkən diaqnostikasını asanlaşdırmış oluruq. Mərkəzimizdə uşaqlarda ağır ürək aritmiyaları, miokarditlər, kardiomiopatiyalar və sağ-sol ürək çatışmazlıqları, pulmonar ödem, ürək əməliyyatı sonrası xəstələrin izləmi də həyata keçirilir.

Klinikamızda fəaliyyət göstərən Uşaq hematoloqumuz sayəsində uşaqlıq yaş dövrünün onkoloji xəstəliklərinin müalicəsi həyata keçirilir. Bu xəstələrin müalicəsi sırasında yaşanan ağırlaşmaların, o cümlədən, febril neytropeniya, sepsis, pansitopeniyalar, kəllədaxili təzyiq artışı, PRESS sindromu, qıcolmalar, kimyaterapiyaya bağlı kardiotoksik vəziyyətlər, venoz tromboz, metabolik krizlər, tumor lizis sindromu, orqan yetməzlikləri və s. klinik halların müalicəsi uşaq reanimasiya şöbəsində həyata keçirilir.

Xəstəxanamızın Uşaq reanimasiya şöbəsində Hemodializ cihazları mövcuddur, kəskin və xronik dövr böyrək çatışmazlığı olan xəstələrin böyrək əvəzedici terapiyalarını yerinə yetirmək üçün şərait yaradılmışdır. Bununla yanaşı bölümümüzdə kəskin və xronik qaraciyər yetməzliyi olan uşaq xəstələrdə Plazma Mübadiləsi də həyata keçirilir. 

Klinikamızın uşaq cərrahiyəsi bölməsində əməliyyat olunan və post-op dönəmdə nəzarətdə olmasına ehtiyac duyulan ağır patologiyalı xəstələrin peşəkar tibbi xidməti də Uşaq reanimasiyasının peşəkar komandası tərəfindən həyata keçirilir.

Tibbin ən müasir yeniliklərinə adaptasiya olmağa çalışan Məlhəm Hospitalın Uşaq Reanimasiya Şöbəsi yarandığı gündən ağır vəziyyətdə müraciət edən xəstələrə yüksək tibbi xidmət göstərməkdədir.

E-saglam.az