Xəstəliklər
İnsultdan sonra sağalmaq mümkündürmü?
Xəstəliklər
157

İnsultdan sonra sağalmaq mümkündürmü? Nevroloq açıqladı

Ağır insult keçirmiş xəstələrin tam sağala bilməyəcəyi fikri geniş yayılmış bir yanılmadır.

E-saglam.az xəbər verir ki, nevroloq Orlando Sveyn "The Guardian" qəzetinə verdiyi müsahibədə bu stereotipi alt-üst edərək erkən reabilitasiyanın həyatı dəyişdirə biləcəyini vurğulayıb.

Sağalmanın əsasında neyroplastiklik dayanır

Mütəxəssisə görə, insultdan sonra sağalmada əsas rolu neyroplastiklik - beyinin özünü yenidən qurma qabiliyyəti oynayır. Bu proses xüsusilə xəstəlikdən sonrakı ilk aylarda ən yüksək aktivliyə çatır və məhz bu dövrdə hədəfli terapiya ən böyük təsiri göstərir.

Reabilitasiya məşqləri təkcə hərəkətliliyin bərpasına deyil, həm də nitqin, yaddaşın və digər itirilmiş funksiyaların yaxşılaşdırılmasına kömək edir.

"Ümid var, amma real qiymətləndirilməlidir"

Sveyn qeyd edib ki, müasir tədqiqatlar insultdan aylar sonra belə xəstələrin həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırıla biləcəyini sübut edir. Bununla belə, həkim ümidə real baxışla yanaşmağı tövsiyə edir.

"Bəzi insanlar tam sağalmır, lakin erkən və intensiv terapiya həyatı dəyişdirən nəticələrə səbəb ola bilər" - deyə mütəxəssis vurğulayıb.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun