Həkim qəfil qida allergiyasına səbəb ola biləcək qidaların adını açıqlayıb.
E-saglam.az xəbər verir ki, qastroenteroloq və diyetoloq Yelena Pavlova bildirib ki, balıq və yumurta ən güclü allergenlərdir.
Bunlara əlavə olaraq, təhlükəli qidalar siyahısına qoz-fındıq, inək südü, buğda və soya daxildir. Həkim izah etdi ki, böyüklərdə balıq və ya dəniz məhsullarına, qoz-fındıqlara, fıstığa və müəyyən meyvə və ya tərəvəzlərə qarşı allergiya daha çoxdur. Reaksiya polenlə çarpaz reaksiya ilə daha da ağırlaşa bilər.
Mütəxəssis qeyd edib ki, inək südü tərkibindəki kazein və zərdab zülallarına görə uşaqlarda əsas allergendir. Ağır reaksiyalara toyuq yumurtası, yerfındığı, ağac qoz-fındığı (fındıq, keşyu, badam), treska, qızılbalıq, buğda və soya da səbəb ola bilər.
Pavlovanın sözlərinə görə, allergiya simptomları tətikləyici məhsulu qəbul etdikdən bir neçə dəqiqə sonra görünə bilər. Onlar yalnız dəri reaksiyaları ilə məhdudlaşmır və müxtəlif bədən sistemlərinə təsir göstərə bilər.
Qastroenteroloq ümumiləşdirib ki, bu, qaşınma və səpgi ilə müşayiət olunan ürtiker ola bilər ki, bu da atopik dermatitə keçə bilər. Həzm sistemi ilə bağlı əlamətlərə ağızda və boğazda qaşınma və iynəbatma hissi, ürəkbulanma, qusma, qarın ağrısı-spazmı və ishal daxildir. Bundan əlavə, rinit burun tutulması, qaşınma və asqırma kimi şikayətlərə səbəb olur", - deyə qastroenteroloq qeyd edib.
Tərcümə: Könül Oruc