Xəstəliklər
Ev tozu allergiyası nədir? - Allerqoloq
Xəstəliklər
286

Ev tozu allergiyası nədir? - Allerqoloq

Ev tozunun əsas tərkib hissəsi gözlə görünməyən mikroskopik, ölcüsü 0.1-0.5 mm olan akarlar yəni böcəklərdir.

E-saglam.az-ın məlumatına görə, allerqoloq Dr. Gülnar Quliyeva deyir ki, 1 qram ev tozunda təxmini 19.000 ədəd akar vardır:

"Bu akarlar dərimizdən tökülən ölü hüceyrələr, tük ilə bəslənirlər.  Bu akarların həm özləri, həm ifrazat məhsulları allergik insanlar tərəfindən tənəffüs yolu ilə alındıqda ciddi şikayətlərin ortaya çıxmasına səbəb olur.

Nə qədər təmizlik olursa olsun, akarların ən çox artıb çoxaldıqları yer yataq-yorğan, xalı-xalça, yumşaq-parça örtüklü mebellərdir".

Allerqoloq deyir ki, ev tozu allergiyasının təyini üçün dəri testindən istifadə edirik: "Müalicədə əsas məqam dərman müalicəsi ilə yanaşı  ev tozundan qorunma tədbirlərinə əməl etməkdən ibarətdir".

Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun