Xəstəliklər
Yaz allergiyasının təbii vasitələrlə müalicəsi - Resept
Xəstəliklər

Yaz allergiyasının təbii vasitələrlə müalicəsi - Resept

Pollinoz dediyimiz xəstəlik əsasən, yaz aylarında ağacların tozlanılması vaxtı başlayır və tozlanma dövrü bitənədək davam edir.

E-saglam.az tanınmış fitoterapevt Fizuli Huseynovun yaz allergiyası zamanı kömək edən təbii reseptlə sizi tanış edir.

Dəqiq desək martdan iyun ayına qədər çəkir. Aşağıda yazdığım reseptdən həm yaz allergiyası, həm də uzun müddət xroniki allergiya xəstəliyindən əziyyət çəkənlər insanlar qəbul edə bilərlər.

Gündə 3 dəfə yeməkdən 2 saat sonra 1 stəkan otaq temperaturunda olan çiy suya 1 orta xörək qaşığı alma sirkəsi 1 çay qaşığı bal qarışdırıb için.

Xatırladım ki bala qarşı allergiyası olanlar bu resepti balsız istifadə edə bilərlər. Bəzən balın özünün allergiya verə biləcəyi üçün bəzi adamlar baldan istifadə etmirlər, amma 1 qaşıq bal yedikdən sonra allergiya baş vermirsə deməli bala qarşı allergiyanız yoxdur.

Müalicənin müddəti yoxdur nə qədər istərsəniz istifadə edə bilərsiniz, sadəcə uzun müddət istifadə etmək istərsəniz yaxşı olardı, gündə 2 dəfə içərdiniz.

Müalicədən mədə bağırsağında problem olanlar (qastrit, ezofaqit, kolit) istifadə etməməlidirlər.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun