Yandex watch
Tez-tez xəstələnən uşaqda allergiya şübhəsi:

Qış aylarında məktəbəqədər və ibtidai sinif şagirdləri arasında yuxarı tənəffüs yolu infeksiyalarında artım müşahidə olunur.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Medicana Beynəlxalq İzmir Xəstəxanasından Prof. Dr. Mehmet Özcan və Prof. Dr. Şule Çağlayan Sözmen ildə 10-12 dəfə xəstələnən uşaqlarda allergiyadan şübhələnmək lazım olduğunu bildirir. Xüsusilə, uzunmüddətli öskürək, burun tutulması, gözlərdə qızartı, burun qaşınması və gecə ağızdan nəfəs alma kimi əlamətlər allergik reaksiyalara işarə edə bilər. Allergik uşaqlarda burun tutulması qulaqda maye yığılmasına, sinüzit və qulaq iltihabına səbəb ola bilər.

Tənəffüs yollarının həddindən artıq həssas olması virus və bakteriyaların daha asan yayılmasına gətirib çıxarır. Dəri prick testləri ilə allergiya müəyyən edildikdən sonra uyğun tədbirlər görülməlidir. Əks halda, uşaqlar uzun müddət antibiotik istifadəsinə məruz qala bilər ki, bu da bağırsaq florasını pozaraq allergik xəstəliklərin artmasına səbəb ola bilər. Güclü immun sistem üçün kifayət qədər yuxu və düzgün qidalanma vacibdir. 1-2 yaşlı uşaqların 11-14 saat, 3-5 yaşlıların 10-13 saat, 6-12 yaşlıların 9-12 saat, 13-18 yaşlıların isə 8-10 saat yatması tövsiyə olunur.

D vitamini çatışmazlığı tez-tez infeksiyalar və allergik xəstəliklərlə əlaqələndirilir, ona görə də gündəlik və ya həftəlik D vitamini qəbulu vacibdir. Sink immun reaksiyanın düzgün işləməsinə kömək etdiyi üçün qida rasionuna daxil edilməlidir. Qara ağcaqayın (Sambucus nigra) və C vitamini isə yuxarı tənəffüs yolu infeksiyalarının müddətini və şiddətini azalda bilər. Xüsusilə immunitet sisteminin gücləndirilməsi üçün sağlam həyat tərzi və düzgün qidalanma çox önəmlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az