Qastroenteroloq və Semeynaya klinikalar şəbəkəsinin aparıcı mütəxəssisi İnna Mazko xəbərdarlıq edib ki, ishal təcili tibbi yardım tələb edən bir neçə təhlükəli xəstəliyin əlaməti ola bilər.
E-saglam.az xəbər verir ki, o, bağırsaq problemlərinə səbəb ola biləcək təhlükəli xəstəliklərdən danışıb.
İlk növbədə, Mazkonun fikrincə, ishal kəskin bağırsaq infeksiyaları, o cümlədən salmonelloz, dizenteriya, rotavirus, enteroviruslarla müşayiət oluna bilər. Qastroenteroloq xəbərdarlıq edib:
"Sulu ishal ilə səciyyələnən vəba və tif xəstəliyi xüsusilə təhlükəli hesab olunur. Bu infeksiyalar sürətli susuzlaşdırma və ağır intoksikasiyaya səbəb olur və təcili tibbi yardım olmadan ölümlə nəticələnə bilər".
O, mezenterik damar trombozunu başqa bir təhlükəli vəziyyət kimi müəyyən etdi, onun simptomu ishal ola bilər. Tipik olaraq, bu vəziyyətdə bağırsaq problemləri tez bir zamanda şiddətli qarın ağrısı ilə müşayiət olunur və nəcisdə qan görünür.
Həkim onu da qeyd edib ki, kəskin bağırsaq tıxanıqlığı zamanı ishal erkən baş verə bilər. "Xəstəliyin başlanğıcında diareya və ya tez-tez boş nəcis, qəbizlik və qazın tutulması, şişkinlik və kramp ağrısı müşahidə edilə bilər".
Mazko, simptomlarından biri ishal ola bilən digər təhlükəli xəstəlikləri kolon xərçəngi, xoralı kolit və parazitar infeksiyalar adlandırdı.
Tərcümə: Könül Oruc