Diareya, ishal zamanı xəstə ciddi pəhrizə keçib, ancaq bağırsağı bərpa edən, ishalı kəsən qidalar yeməlidir.
E-saglam.az ishal zamanı yeyilməli ərzaqları təqdim edir.
Qaynanmış düyü siyahıda birinci yerdədir. Onda lif demək olar yoxdur. Lifli qidalar bağırsağı işlədir.
Banan- hər 3 saatdan bir bir ədəd banan yeyin.
Suda bişmiş kartof, kartof nişastası
Yağsız qatıq, kefir - mikrofloranı bərpa edir.
Qara çörək suxarısı
Sobada bişmiş alma
Yulaf sıyığı - süddə yox, suda bişirərək yeyin.
Eləcə də ishalı olan uşaq və böyüklər mütləq bol su, maye, kəmşirin çay içərək, maye balansını bərpa etməlidir. //medicina.az