Faydalı
Yapon intervallı gəzinti –
Faydalı
91

Yapon intervallı gəzinti – fit qalmağın ən asan yolu

Sosial mediada trend olan “Yapon gəzintisi” 30 dəqiqəlik intervallı gəzintidir: normal tempdə başlayıb sonra sürətli sürətlə davam edilir. Bu məşq idman zalı və xüsusi avadanlıq tələb etmir – sadəcə qapıdan çıxmaq kifayətdir.

E-saglam.az-ın məlumatına görə UTHealth Houston-dan Dr. İrvin Sulapas qeyd edir ki, bu, hər kəs üçün əlçatandır və sağlamlığı yaxşılaşdırmaq üçün ağrılı yüksək intensivlikli məşqlər lazım deyil. Tədqiqatlar göstərir ki, yüksək intensivlikli gəzinti yaşlılarda qan təzyiqini azalda, bud əzələlərinin zəifləməsi və aerob qabiliyyətin azalması ilə mübarizə aparır. Beş aylıq gəzinti proqramı fiziki hazırlığı artırır və həyat tərzi xəstəliklərinin göstəricilərini 10–20% yaxşılaşdırır.

Tərcümə: Fəxriyyə Adil 

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun