Həm səhər gəzintisi, həm də axşam qaçışı ürək sağlamlığına müsbət təsir edir.
E-saglam.az xəbər verir ki, səhər gəzintisi qan dövranını stimullaşdırır, maddələr mübadiləsini sürətləndirir, stressi azaldır və D vitamini istehsalını artırır. Axşam qaçışı isə dözümlülüyü artırır, qlükoza mübadiləsini yaxşılaşdırır və gün ərzində yığılan stressi azaldır.
Səhər gəzintisinin üstünlükləri:
Qan təzyiqini tənzimləyir və ürək əzələlərini gücləndirir.
Maddələr mübadiləsini və yağ yandırma prosesini sürətləndirir.
Günəş işığına məruz qalaraq D vitamini istehsalına kömək edir.
Yuxu rejimini tənzimləyir və psixi sağlamlığı dəstəkləyir.
Axşam qaçışının üstünlükləri:
Ürək-damar dözümlülüyünü artırır və daha çox kalori yandırır.
Bədənin performans zirvəsinə uyğun gəldiyi üçün səmərəli məşq imkanı yaradır.
Qlükoza mübadiləsini yaxşılaşdıraraq diabet riskini azaldır.
Stressi aradan qaldıraraq zehni rahatlama təmin edir.
Hansı daha yaxşıdır?
Seçim fərdi ehtiyaclardan asılıdır:
Yeni başlayanlar və ya oynaq problemi olanlar üçün səhər gəzintisi daha uyğun ola bilər.
Çəki idarəsi məqsədi olanlar üçün səhər gəzintisi yağ yandırmağa, axşam qaçışı isə daha çox kalori sərf etməyə kömək edir.
Qan təzyiqini və yuxu rejimini tənzimləmək istəyənlər üçün səhər gəzintisi daha faydalıdır.
Günün sonunda stress atmaq istəyənlər üçün axşam qaçışı daha təsirli ola bilər.
Əsas məsələ hərəkətdə qalmaq və nizamlı fiziki aktivliyi həyat tərzinə çevirməkdir. İstər səhər gəzintisini, istərsə də axşam qaçışını seçin, hər ikisi ürək sağlamlığını qorumaqda vacib rol oynayır.
Tərcümə: Könül Oruc