
Qaçış, üzgüçülük və velosiped sürmək artıq tək seçim deyil.

E-saglam.az xəbər verir ki, mütəxəssislər ürək sağlamlığı üçün ən yaxşı məşqin rəqs olduğunu bildirirlər. Ürək-damar həkimləri qeyd edir ki, rəqs həm əzələləri, həm də ürəyi gücləndirir, xolesterin balansını yaxşılaşdırır və psixoloji vəziyyətə müsbət təsir göstərir.
Doktor Dwayne Schmidt-in sözlərinə görə, cəmi 20-30 dəqiqəlik aerobik rəqs məşqi ürəyə ciddi fayda verir. Həm LDL-ni (pis xolesterin) azaldır, həm də HDL-ni (yaxşı xolesterin) artırır. Üstəlik, dopamin və endorfin ifrazını artıraraq əhvalı yüksəldir. Ən gözəli isə, zal və avadanlığa ehtiyac yoxdur – rəqs hər yerdə mümkündür.
Tərcümə: Könül Oruc