Kardioloq Tamaz Qaqloşvili xəbərdarlıq edib ki, gecə yeddi saatdan az yatmaq təhlükəli xəstəliklərin inkişaf riskini artırır.
E-saglam.az xəbər verir ki, Qaqloşvili bildirir ki, yuxu çatışmazlığı hipertoniya inkişaf riskini 7-30 faiz artırır. 2-ci tip diabet inkişaf riski də 30 faiz artır. Həkim vurğulayıb ki, bundan əlavə, insanda ürək döyüntüləri nizamsız ola bilər və itirilən hər saat yuxu üçün risk 15-17 faiz artır.
"Bu, xəstəliyin qarantı deyil, amma açıq bir tendensiyadır: yuxusuzluq qan təzyiqinə təsir edir, insulin funksiyasını pozur və aritmiyalara səbəb olur", - deyə o yazıb.
Yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün həkim axşamlar cihazlardan istifadə etməməyi, yataq otağında rahat temperatur saxlamağı, nahardan sonra qəhvəni azaltmağı, yatmağa gedib eyni vaxtda oyanmağı və yuxu apnesi üçün testdən keçməyi tövsiyə edib.
Tərcümə: Könül Oruc