Məlhəm Beynəlxalq Hospital tibb sahəsində yeniliklərə imza atmağa davam edir.
E-saglam.az xəbər verir ki, xəstəxana bu dəfə Azərbaycanda ən son texnologiya və avadanlıqlarla təchiz edilmiş Yuxu Mərkəzini istifadəyə verib!
Gecələr rahat yata bilmirsiniz? Boğularaq oyanır, səhər özünüzü yorğun və yuxulu hiss edirsiniz?
Bu hallar sadəcə yuxusuzluq deyil — yuxu apnesi, insomniya və ya digər yuxu pozğunluqları ola bilər.
Məlhəm Beynəlxalq Hospital Yuxu Mərkəzində polisomnoqrafiya testi vasitəsilə gecə boyunca yuxunuz izlənilir: beyin dalğaları, ürək ritmi, tənəffüs, oksigen səviyyəsi və bədən hərəkətləri analiz olunur. Bu, xəstəliyin səbəbini ən dəqiq şəkildə müəyyən etməyə imkan verir.
Uzm. Dr. Könül Məmmədova:
“Yuxu sağlam həyatın əsasını təşkil edir. Yuxu apnesi müalicə olunmazsa, miokard infarktı, insult və ani ölüm kimi ciddi nəticələrə gətirib çıxara bilər. Biz ən son texnologiyaları tətbiq edərək insanlara sağlam və keyfiyyətli yuxunu geri qaytarmaq istəyirik”.
Yuxu Mərkəzində yuxu pozğunluqlarının diaqnostikası və müalicəsi həyata keçirilir.
Dəqiq diaqnoz + effektiv müalicə = sağlam yuxu, sağlam həyat!
📍 Ünvan: Məlhəm Beynəlxalq Hospital
📞 Ətraflı məlumat və qeydiyyat üçün: 803