Gələcəyin sağlam nəsli üçün hər sahədə mütəxəssislər...
E-saglam.az xəbər verir ki, "Məlhəm Beynəlxalq Hospital"da fəaliyyət göstərən Uşaq Mərkəzi, uşaqların sağlam inkişafını təmin etmək məqsədilə müxtəlif tibbi sahələrdən ixtisaslaşmış həkimlərin birgə fəaliyyəti ilə seçilir. Mərkəz hər bir uşağın sağlamlığı üçün fərdi yanaşma təmin edir. Bu multidisipliner sistem xəstələrə dəqiq, təhlükəsiz və kompleks tibbi xidmət göstərmək imkanı yaradır.
“Uşaq Mərkəzimizdə məqsəd yalnız xəstəlikləri müalicə etmək deyil, uşaqların sağlam və balanslı inkişafını təmin etməkdir. Müxtəlif ixtisaslardan olan həkimlərin birgə fəaliyyəti bizə hər bir uşağa bütöv yanaşma imkanı verir" — Məlhəm Beynəlxalq Hospital Uşaq Mərkəzinin rəhbərliyi
Uşaqlar üçün rahat mühit, valideynlər üçün etibar
Mərkəz müasir diaqnostik avadanlıqlarla təchiz olunub, uşaqlar üçün xüsusi dizayn edilmiş təhlükəsiz və rahat şərait təqdim edir. Hər bir pasiyent üçün yaşına, tibbi ehtiyacına və inkişaf mərhələsinə uyğun fərdi müalicə planı hazırlanır.
Məlhəm Beynəlxalq Hospital – uşaqların sağlamlığına dəyər verən, gələcəyin sağlam nəsli üçün çalışan bir mərkəz.