Yandex watch
Zövqlə yeyirik, amma böyrəkləri

Hər gün yeməklərimizdə istifadə etdiyimiz və zahirən zərərsiz görünən duz, sağlamlığımıza ciddi təsirlər göstərə bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, həddindən artıq duz istehlakı bədənin içərisində yavaş-yavaş zərərli təsirlər yaradır. Xüsusilə böyrək və ürək sağlamlığını təhdid edən duz, ömrü qısaldır və orqan çatışmazlığına səbəb olur.

Hipertenziyanın ən böyük səbəbi

Duzun tərkibindəki natrium, qan təzyiqini yüksəldərək hipertensiyaya səbəb ola bilər. Yüksək qan təzyiqi, ürək xəstəlikləri, iflic və böyrək xəstəlikləri kimi ciddi problemləri də artırır. Hipertoniya xəstələri üçün duzdan uzaq durmaq vacibdir, çünki duz bu tip xəstəliklərə səbəb olan əsas faktorlar arasında yer alır.

Böyrəklərin zərər görməsi

Yüksək duz istehlakı böyrəkləri yorur və böyrək funksiyasını poza bilər. Böyrəklər bədəndən artıq natrium və suyu xaric etməyə cavabdeh olduğu üçün, həddindən artıq duz istehlakı onların fəaliyyətini pozaraq böyrəklərdə su və duz yığılmasına səbəb olur.

Osteoporoz və sümük sağlamlığına zərər

Duzun aşırı istifadəsi, sümük sağlamlığını da mənfi təsir edir. Xüsusən yaşlı insanlar və uşaqlar duzdan uzaq durmalıdır, çünki yüksək natrium səviyyəsi kalsiumun ifrazını artıraraq sümük sıxlığını azaldır. Bu, osteoporoz riskini artıra bilər.

Mədə və bağırsaq problemləri

Həddindən artıq duz istehlakı mədədə yanma, reflü və qıcıqlanmış bağırsaq sindromu kimi problemlərə səbəb ola bilər. Xüsusilə mədə və bağırsaq narahatlıqları yaşayan insanlar duzdan çəkinməlidirlər.

Bədəndə şişlik və ödəm

Həddindən artıq duz istehlakı orqanizmdə su yığılmasına və ödem əmələ gəlməsinə səbəb olur. Bu, əllərdə, ayaqlarda və topuqlarda şişməyə yol açaraq, həyat keyfiyyətini aşağı salır və hərəkət etməkdə çətinlik yaradır.

Kristal qaya duzunun üstünlükləri

Duz istehlakını məhdudlaşdırmaq üçün gündəlik duz miqdarını nəzarət altında saxlamaq çox vacibdir. Sağlam yetkinlər gündə 2-3 qramdan çox duz istehlak etməməlidir. Bunun üçün işlənmiş qidalardan və fast food məhsullarından qaçmaq, əlavə duzu azaltmaq və daha təbii qidalara yönəlmək lazımdır. Kristal qaya duzu, təbii və daha az zərərli bir alternativ olaraq bu məsələdə diqqət edilməli bir seçimdir.

Tərcümə: Könül Oruc

E-saglam.az