Sağlamlıq
Zehni möhkəmliyinizi artırmaq üçün bu 5 vərdişə diqqət yetirin:
Sağlamlıq

Zehni möhkəmliyinizi artırmaq üçün bu 5 vərdişə diqqət yetirin: 2500 il əvvəl spartalılar belə etdi

Spartalıların gücü təkcə döyüş meydanında deyil, həm də əqli möhkəmliklərində idi.

E-saglam.az bildirir ki, onlar keçmişin yükünü daşımaq əvəzinə, indiki anı qəbul edir və ona fokuslanırdılar. Zehni möhkəmliyi artırmaq üçün insanın komfort zonasından çıxması və çətinliklərə meydan oxuması vacibdir.

Spartalılar səhvlərindən dərs çıxarır və onları inkişaf fürsəti kimi görürdülər. Böyümə düşüncəsi insanın bacarıqlarını təkmilləşdirməsinə və hər uğursuzluğu öyrənmə təcrübəsi kimi qəbul etməsinə kömək edir. Özünütərbiyə spartalıların əsas dəyərlərindən biri idi və onların uğur qazanmasında mühüm rol oynayırdı.

Şüurlu qərarlar qəbul etmək və impulsları idarə etmək uzunmüddətli məqsədlərə çatmaq üçün vacibdir. Fiziki məşq zehni möhkəmliklə birbaşa əlaqəlidir və psixi sağlamlığa müsbət təsir göstərir. Spartalılar həm bədənlərini, həm də zehnlərini gücləndirərək qələbə qazanırdılar. Güclü zehniyyət formalaşdırmaq üçün həm fiziki, həm də əqli möhkəmliyə önəm vermək lazımdır.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun